Böyükağa Hacıyev: "Bu, "böyük oyun" olmadı"
Bizi izləyin

İdman

Böyükağa Hacıyev: "Bu, "böyük oyun" olmadı"

Oyun haqqında şərh vermək istəmirəm. Hakimin əlində ixtiyar olsaydı 11 futbolçumun hamısını oyundan çıxarardı".

Oyun haqqında şərh vermək istəmirəm. Hakimin əlində ixtiyar olsaydı 11 futbolçumun hamısını oyundan çıxarardı".

Qol.Az-ın məlumatına görə, bu zözləri "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Xəzər Lənkəran"la oyundan (2:2) sonra keçirlən mətbuat kofransında deyib.

Təcrübəli baş məşqçi oyundan razı qalmadığını, matçın gözlənilən qədər maraqlı keçmədiyini bildirib: "Təəssüflər olsun ki, bu, “böyük oyun” olmadı. Tarixə keçən adi çempionat oyunu oldu. Hesabda 2-0 irəlidə idik, son 10-15 dəqiqədə isə 2 qol buraxdıq".

Hacıyev görüşün baş hakimi Rəhim Həsənovu da kəskin tənqid edib, onun idarəçiliyindən narazı olduğunu qeyd edib: "Rəhim Həsənov bu 10-15 dəqiqədə fövqəladə hakimlik etdi. Onun ömrü boyu “Neftçi” ilə problemi olub, bu, birinci hal deyil. Nə edirsə, özü bilər. Onu hakimliyini araşdırmaq Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun işidir. Oyun maraqlı da deyildi, adi oyun idi. Təəssüflənirəm ki, 3 xalımızı Rəhim Həsənov əlimizdən aldı”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm