Əcnəbilərin sayı rekord həddə çatıb
Bizi izləyin

İdman

Əcnəbilərin sayı rekord həddə çatıb

Avropanın 5 əsas çempionatında 2014/15 mövsümündə əcnəbi futbolçular rekord saya çatıb.

Belə ki, legionerlərin sayı yerli futbolçuların 45,9 faizinə bərabərdir.

Publika.az xəbər verir ki, bu, “CIES Football Observatory”nin araşdırması nəticəsində müəyyənləşib.

Hazırlanan siyahıda heyətlərdə əcnəbi futbolçuların sayına görə lider olan İngiltərə Premyer Liqasıdır.

Məlumat üçün bildirək ki, bu yaxınlarda İngiltərə Futbol Assosasiyasının prezidenti Qreq Dayk İPL-dəki əsas heyət futbolçularının yalnız 26 faizinin İngiltərə pasportuna malik olduğunu bildirmişdi.

Siyahının 2-cisi 49,9 faizlə İtaliya A seriyasıdır.

Üçlüyün sonunda isə 44,3 faizlə Almaniya bundesliqası qərar tutub.

36,5 faiz əcnəbi sayı ilə İspaniya La Liqası 4-cü yerdədir. Fransa I liqası isə ən az göstərici -29,3 faizlə 5-cidir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm