Xavinin "Barselona"dakı taleyinə rəsmən aydınlıq gəldi
Bizi izləyin

İdman

Xavinin "Barselona"dakı taleyinə rəsmən aydınlıq gəldi

"Barselona"nın vitse-prezidenti Rafa Yuste komandanın baş məşqçisi Xavi barədə danışıb.

Publika.az xəbər verir ki, funksioner ispaniyalı mütəxəssisin qərarını dəyişdiyi və bu mövsüm başa çatdıqdan sonra klubda qalacağı ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləyib:

“Xavi layihəmizə güvənir. Biz birlikdə böyük uğurlara nail ola bilərik. Biz titullar qazanmalıyıq, bunu hamımız bilirik. Bunun üçün Xaviyə güvənirik, o, əsl "Barsa" övladıdır. O, yeni "Kamp Nou"da yeni "Barselona"nın bir hissəsi olacaq".

Yuste bu qərarın Xavi və klub prezidenti Xuaan Laporta arasında keçirilən görüşdə verildiyini də qeyd edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm