Kurtua bu tarixdə meydana çıxacaq
Bizi izləyin

İdman

Kurtua bu tarixdə meydana çıxacaq

"Real"ın qapıçısı Tibo Kurtua uzun fasilədən sonra yaşıl meydanlara qayıdacaq.

Publika.az xəbər verir ki, bu barədə Madrid klubunun baş məşqçisi Karlo Ançelotti məlumat verib. Onun sözlərinə görə, belçikalı qolkiper oyunlarda iştirak etməyə hazırdır.

İtalyan mütəxəssis mayın 4-də La Liqa çərçivəsində keçiriləcək "Kadis"lə oyunda Kurtuaya şans verəcəyini açıqlayıb. "Kurtua indi yaxşıdır və gələn həftə "Kadis"ə qarşı oyun üçün hazır olacaq" - deyə Ançelotti bildirib.

Tibo cari mövsümdə meydana çıxmayıb. O, məşq zamanı xəsarət alıb. Əməliyyat olunduğu üçün uzun müddətə sıradan çıxıb.

Qeyd edək ki, "Real" İspaniya çempionatının növbəti turunda, aprelin 26-da "Real Sosyedad"ın qonağı olacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm