İdman
Premyer Liqa: daha üç oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha üç oyunu keçiriləcək.
Publika.az xəbər verir ki, ilk olaraq "Qəbələ" "Kəpəz"i qəbul edəcək.
Gəncə təmsilçisi 31 xalla 9-cu, "qırmızı qaralar" 17 xalla 10-cu pillədə qərarlaşıblar. Meydan sahibləri bu matçda qələbə qazana bilməsə, çempionatda sonuncu olacaq və reqlamentə əsasən elitanı tərk edəcək.
Günün ikinci duelində avrokuboklara iddialı "Neftçi" "Turan Tovuz"u sınağa çəkəcək. "Ağ-qaralar" hələlik 47 xalla 5-ci, Tovuz klubu 42 xalla 7-cidir.
Nəhayət, günün son qarşılaşmasında çempion "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. "Köhlən atlar"ın 73 xalı var. "Kimyaçılar" 47 xalla 4-cü sıradadır.
Azərbaycan Premyer Liqası
XXXII tur
28 aprel (bazar)
15:30. “Qəbələ” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu
17:45. “Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Neftçi Arena”
20:00. “Sumqayıt” –“ Qarabağ”
Hakimlər: Rauf Cabarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
M.H. adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, tura aprelin 29-da "Zirə" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq. Ötən gün "Sabah" "Səbail"i iki cavabsız qolla üstələyib.
-
Elm və təhsil14:42
Emin Əmrullayev onu müdir təyin etdi
-
Nida Xəbər 14:16
Bayramovla Mirzoyan bu barədə razılığa gəldi
-
Qoroskop13:54
Bu ay həyatı dəyişəcək bürclər: elə hadisələr baş verəcək ki...
-
Nida Xəbər 13:24
Zeynəb Xanlarovadan Şuşada möhtəşəm ifa - VİDEO
-
İdman12:41
Mbappe "Real"da ən çox maaş alan futbolçu olacaq - MƏBLƏĞ
-
Sosial12:06
“Evdən qaçan qadınlar cəzalandırılsın, yoxsa...”
-
Hadisə11:25
Ağalarova məxsus "Krokus"un yerində Rusiya hökuməti nə tikəcək?
-
Sosial10:57
"Gözəl qadınlara baxan kişilər daha sağlam olur"