“O, manyakın biridir”
Bizi izləyin

İdman

“O, manyakın biridir”

"Bavariya”nın hollandiyalı futbolçusu Aryen Roben maraqlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, "Qızıl top” mükafatı ilə bağlı açıqlamalar verən hollandiyalı bu siyahıda adının olmasından qürur duyduğunu deyib:

“Bu siyahıda olmaq qürurvericidir. Amma heç vaxt bu barədə düşünməmişəm. Dünya çempionu olan Almaniya millisinin futbolçularından birinin bu mükafatı almasını istərdim”.

O, "Bavariya” klubunun baş məşqçisi Qvardiola haqqında da maraqlı açıqlama verib. Oyunçu məşqçisini manyak adlandırıb:

"Pep Qvardiola bir futbol manyakıdır. Çox vaxt gecə 3-də taktika məsələsini müzakirə etmək üçün zəng edib məni oyadır. Hər zaman yeni sistemlər düşünür. O, bizi inkişaf etdirdi və yüksək səviyyəyə gətirdi”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm