"Ronaldo ilə Messi bir-birlərinin uğurlarına dözə bilməz"
Bizi izləyin

İdman

"Ronaldo ilə Messi bir-birlərinin uğurlarına dözə bilməz"

"Liverpul"un sabiq kapitanı Ceymi Karraqer maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü "İnter Mayami"nin hücumçusu Lionel Messi ilə "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo arasındakı qarşıdurmadan danışıb.

“Onlar bir-birinə uduzmaq istəmirdilər. "Qızıl top" uğrunda mübarizə onların hər mövsüm ən böyük rəqabəti olub. Şübhəsiz ki, onlar bir-birlərini daha da yaxşılaşdırdılar. Lakin oynamağı bitirənə qədər yəqin ki, bunu qiymətləndirə bilməyəcəklər. Əminəm ki, onlar oynayarkən bir-birlərinin uğurlarına dözə bilməzlər. Bir-birinin nailiyyətlərini qabaqlamalıdırlar. Mən həmişə hiss etmişəm ki, əgər biri het-trik etsə, digəri ertəsi gün buna bənzər bir şeylə cavab verəcək”.

Qetd edək ki, bu mövsüm 39 yaşlı Ronaldo 40 matçda iştirak edib, 41 qol vurub və 12 məhsuldar ötürmə edib. 36 yaşlı Messinin aktivində isə 11 oyunda 12 qol və 11 məhsuldar ötürmə var.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm