İkiqat Avropa çempionu müharibədə öldü
Bizi izləyin

İdman

İkiqat Avropa çempionu müharibədə öldü

Ağır atletika üzrə 2 qat Avropa çempionu Aleksandr Peleşenko Rusiya qarşı müharibədə həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna MOK məlumat yayıb. Onun 30 yaşı var idi.

“Mayın 5-də Ukraynanın əməkdar idman ustası Aleksandr Peleşenko düşmənlə müharibədə həlak olub. O, ağır atletika üzrə ikiqat Avropa çempionu idi.

Genişmiqyaslı işğalın ilk günlərindən Aleksandr Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşuldu. Dünən onun ölüm xəbərini aldıq.

Olimpiya ailəsi idmançının ailəsinə, dostlarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qəhrəmanın xatirəsi parlaq və əbədidir”, - deyə müraciətdə bildirilir.

2014-cü ildə Rusiya Federasiyası ilə müharibə başlayandan sonra Aleksandr doğma Luqansk vilayətindən Xmelnitskiyə köçüb.

Peleşenko 2016 və 2017-ci illərdə qitə birinciliyinin qalibi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm