“Milan”ın lideri razılıq verdi: bu nəhəngə keçir
Bizi izləyin

İdman

“Milan”ın lideri razılıq verdi: bu nəhəngə keçir

“Milan”ın liderlərindən biri, sol cinah müdafiəçisi Teo Ernandes “Bavariya”ya keçməyə razılıq verib.

Publika.az xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.

Bu, “Real Madrid”in “Bavariya”dan Alfonso Deyvisi transfer etməsinə şərait yaradır. Münhen klubu Teo Ernandesi kanadalı müdafiəçinin əvəzləyicisi kimi nəzərdən keçirir.

Daha əvvəl bildirilmişdi ki, Milan da Ernandesin transferi ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır. 26 yaşlı futbolçunun transfer dəyəri 60 milyon avro qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm