Pele xəstəxanaya düşdü
Bizi izləyin

İdman

Pele xəstəxanaya düşdü

Futbolun yaşayan əfsanəsi, “qara mirvari” ləqəbli Pele mədəsində yaranmış problemə görə San-Paulo xəstəxanasına yerləşdirilib.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə "Globoesporte" məlumat yayıb.

Məlumatda bildirilir ki, ötən gün Pele Santosda kitabın təqdimat mərasiminə qatılmağı planlaşdırsa da, qəfildən vəziyyəti dəyişib. O, tez bir zamanda Albert Eynşteyn adına klinikaya aparılıb.

İlkin diaqnoz kimi əfsanəvi futbolçuda mədə pozğunluğu aşkarlanıb.

Xəstəxanada 74 yaşlı Pelenin ciddi müayinədən keçiriləcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, Pele iki il öncə həmin klinikada sağ ombasından əməliyyat keçirib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm