Azərbaycan üçün 6,55 milyon avro
Bizi izləyin

İdman

Azərbaycan üçün 6,55 milyon avro

“AVRO-2016”-nın seçmə mərhələsində mübarizə aparan yığmaların qiymətlərini açıqlanıb.

Publika.az xəbər verir ki, bu barədə “Sport-ekspress” nəşri məlumat verib.

Milli komandamızın da yer aldığı qiymətləndirmə siyahısında ən yüksək nəticə İspaniya milllisinə aiddir.

Millilər qiymətləndirməyə görə 9 qrupa bölünüblər. Azərbaycan millisi bu sıralamada 53 komanda arasında 45-ci yerdə qərarlaşıb. Yığmamızın ümumi qiyməti 6,55 milyon avrodur. İspaniya kollektivi isə 505 milyon avroluq heyəti ilə ilk pillənin sahibi olub.

İtaliya 330,5 milyon avroluq heyəti ilə 3-cü qrupdadır. Ümumi sıralamada isə o, 6-cı yerdədir.

Xorvatiya millisi 251,6 milyon avro ilə 4-cü qrupda, ümumilikdə isə 7-ci pillədə qərarlaşıb.

Noyabrın 16-da Bakıda qəbul edəcəyimiz Norveç yığması isə 6-cı qrupda yer alıb. Komanda 42,7 milyon avroluq heyəti ilə 28-ci sıradadır.

Bolqarıstan millisinin heyəti isə 37,4 milyon avro dəyərindədir. Rəqibimiz Norveç kimi 6-cı qrupda, ümumilikdə isə 31-ci yerdədir.

Rəqiblərimizdən ən ucuz heyət Malta yığmasındadır. Bu millinin heyəti 2,40milyon avrodur. Sıralamada isə 49-cu pillədədir.

“Avro-2016”-nın ev sahibi olan Fransa isə 9-cu qrupdadır. Komanda ümumi sıralamaya salınmayıb.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm