Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
Bizi izləyin

İdman

Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım

"Atletiko"nun hücumçusu Antuan Qrizmann sosial şəbəkələrdə müzakirələrə səbəb olan paylaşım edib.

Publika.az xəbər verir ki, 33 yaşlı forvard üzərində Lionel Messinin fotosu olan stolüstü oyunlar və ticarət kartları qutuları ilə əhatə olunmuş şəkildə fotosunu paylaşıb. Fransa millisi ilə dünya çempionu olan futbolçu bununla mövsümün sonunda MLS klublarından birinə transfer olunacağı ilə bağlı söhbətləri xeyli gücləndirib.

Qrizmann paylaşıma “Hobbi ofisi” sözlərini yazıb.

Şayiələrə görə, bir neçə MLS klubu onun xidmətində maraqlıdır. Onlar arasında “İnter Mayami” də var.

Qeyd edək ki, futbolçunun "Atletiko" ilə müqaviləsi 2026-cı ilin yayına kimidir. Bu mövsüm 33 yaşlı Qrizmann Madrid klubunun heyətində keçirdiyi 44 matçda 21 qol vurub və 8 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm