Millimizin futbolçusunun toyu oyuna görə təxirə salındı
Bizi izləyin

İdman

Millimizin futbolçusunun toyu oyuna görə təxirə salındı

Azərbaycan millisinin və “Sumqayıt”ın futbolçusu Rövlan Muradovun mayın 18-nə planlaşdırılmış toyu başqa tarixə keçirilib.

Publika.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, buna həmin gün çıxış etdiyi komandanın vacib oyunu olmasıdır.

Belə ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sumqayıt” mayın 18-də “Sabah”la qarşılaşacaq. Bu səbəbdən futbolçunun şad günü mayın 22-nə keçirilib.

Qeyd edək ki, R.Muradov daha əvvəl yetirməsi olduğu “Qəbələ”də çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm