Bekhem Messi ilə bağlı sirri açdı: Onun fanatı olmuşam
Bizi izləyin

İdman

Bekhem Messi ilə bağlı sirri açdı: Onun fanatı olmuşam

"İnter Mayami"nin həmsahibi Devid Bekhem açıqlama verib.

Publika.az xəbər verir ki, veteran futbolçu Lionel Messinin ABŞ klubuna keçməsindən danışıb:

“Leonun ABŞ-a gəlməsini istəməyimizin səbəblərindən biri gələcək nəslə ilham vermək idi. Bu, mənim fikrim idi. Açığı, onu dəvət etməyimin səbəbi yaxşı oyunçu və yaxşı insan olmasıdır. Messiyə qarşı iki dəfə oynamaq qismət olub. Amma mən onun fanatı olmuşam və uzun illərdir onu izləyirəm. Hər zaman beynimdə tarixin ən yaxşı futbolçusunu komandaya cəlb etmək planı olub. Xoşbəxtlikdən, bu baş verdi".

Qeyd edək ki, 2023-cü ilin iyulunda "İnter Mayami"yə transfer olunan Messi bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 11 matçda 12 qol vurub və 11 məhsuldar ötürmə edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm