Ata-oğul qalmaqalının səbəbkarı qız imiş – “Oğlumu dəli elədi və ...”
Bizi izləyin

İdman

Ata-oğul qalmaqalının səbəbkarı qız imiş – “Oğlumu dəli elədi və ...”

Arsenal" klubunun futbolçusu Mesut Özillə atası Mustafa Özil arasında qalmaqal yaranması barədə məlumat vermişdik. Belə ki, Mustafa Özil oğlunu məhkəməyə verib. (http://publika.az/site/p/51147)

İndi isə ata və oğul arasında qalmaqal yaradan səbəbkar tapılıb. Publika.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Mesut anası Gülizarla boşanan atasından inciyib və hər şeyə görə onu günahlandırıb. Bundan sonra isə onu menecerliyindən kənarlaşdırıb və bütün hüquqlarını qardaşı Mutlu Özilə verib.

Atası ilə aralarında yaranan qalmaqaldan sonra Mesut Özil ona verdiyi 1 milyon avro borcu və lüks avtomobili geri qaytarmağını istəyib.

Digər məlumata görə, atayla oğul arasındakı problemlərə səbəb futbolçunun keçmiş sevgilisi Mandi Kapristo olub.

Mustafa Özilin özü də bu barədə bir iddia irəli sürüb. O bildirib ki, oğlu ilə arasının pozulmasına bu qız səbəb olub.

"Express" qəzetinə açıqlama verən Mustafa Özil oğlunun keçmiş sevgilisi, müğənni Kapristonun ünvanına sərt sözlər səsləndirib:

“Oğlumun keçmiş sevgilisi Mandi atayla oğulun arasına girdi. Mesutu dəli etdi. Bütün işləri pozdu”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm