FHN-də güləş üzrə çempionat keçirildi
Bizi izləyin

İdman

FHN-də güləş üzrə çempionat keçirildi

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun Sərbəst Güləş üzrə Çempionatı artıq ənənə halını alıb.

13-14 noyabr tarixlərində FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsində keçirilən yarımfinal və final mərhələsində nazirliyin 15 qurumu və onun 100-ə yaxın iştirakçısı mübarizə aparıb.

Yarış olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun 8 çəki dərəcəsi üzrə keçirilib. Beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı və digər hakimlər 3 yer üzrə şəxsi və komanda hesabında qailbləri müəyyən edib. 3-cü yerlərdə iki qalib müəyyən olunub.

Şəxsi hesabda qaliblər:

57 kq çəkidə

1-ci yer Abdullayev Əfqan (XRXX)

2-ci yer Eyvazzadə Hüseyn (MMQ)

3-cü yer Əliyev Əsgər (DYMX)

3-cü yer Məmmədov Aqşin (CRM)

61 kq çəkidə

1-ci yer Süleymanov Cəlal (XRXX)

2-ci yer Nəbiyev Tural (DYMX)

3-cü yer Quliyev Sübhan (MMQ)

3-cü yer Şıxəliyev Tural (MMQ)

65 kq çəkidə

1-ci yer Umayev Tural (XRXX)

2-ci yer İsgəndərov Orxan (DYMX)

3-cü yer Nağızadə Samur (MRM)

3-cü yer (MMQ)

70 kq çəkidə

1-ci yer Zeynalov Zeynal (ARM)

2-ci yer Əliyev Vasif (MMQ)

3-cü yer Mərdəli Süleyman (MMQ)

3-cü yer Salahov Nurlan (FHN-nin Akademiyası)

74 kq çəkidə

1-ci yer Mustafayev Fətulla (FHN-nin Akademiyası)

2-ci yer Məhərrəmov Rəfail (MMQ)

3-cü yer İbrahimov Tural (DSXX)

3-cü yer Dəmirov Vüsal (ŞQRM)

86 kq çəkidə

1-ci yer Məcidov Məhərrəm (DYMX)

2-ci yer Həsənli Heydər (XRXX)

3-cü yer Cəfərov Elçin (CRM)

3-cü yer Fərzullayev Pərviz (CRM)

97 kq çəkidə

1-ci yer Mirzəyev Əfqan (DYMX)

2-ci yer Həsənli Ruslan (QRM)

3-cü yer Paşayev Əliisgəndər (DYMX)

3-cü yer Hüseynli Emil (FHN-nin Akademiyası)

125 kq çəkidə

1-ci yer Hümbətov Səbuhi (XRXX)

2-ci yer İsgəndərov Ruhi (DYMX)

3-cü yer Rzayev Firuz (MMQ)

3-cü yer Bayramov Bəxtiyar (FHN-nin Akademiyası)

Komanda hesabında qaliblər:

1-ci yer Xüsusi Riskli Xialsetmə Xidməti (XRXX)

2-ci yer Dövlət Yanğından Mühafizə Xidməti (DYMX)

3-cü yer Mülkü Müdafiə Qoşunları (MMQ)

Çempionatın fəxri qonaqları, Güləş Federasiyasının vitse-prezidentləri Elçin Cəfərov və Cavanşir Qurbanov, Yunan-Roma Güləşi üzrə Avropa çempionatı İlham Umayevin iştirakı ilə FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev qaliblərə medal, kubok, diplom və qiymətli hədiyyələr təqdim edib.

Sonda çıxış edən Füzuli Musayev xatırladıb ki, İdman Sağlamlıq Klubu Sərbəst Güləş üzrə Çempionatını artıq 5-ci dəfədir keçirir.

“Bu idman növünə böyük maraq var. Keçirdiyimiz çempionatlar ondan xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları özlərini idmanın müxtəlif növlərində sınayır və daxili, xarici yarışlarda qalib olmaq adını daşıyırlar. Növbəti ay isə Voleybol çempionatı keçirməyə hazırlaşırıq” – deyən qurum rəsmisi növbəti ilin idmançılar üçün önəmli tarix olacağını bildirdi. Azərbaycan Avropa oyunlarına ev sahibliyi edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm