Ronaldo ermənilər qarşısında çətinlik çəkdi, Yunanıstan üçün gülünc tarix – VİDEO
Bizi izləyin

İdman

Ronaldo ermənilər qarşısında çətinlik çəkdi, Yunanıstan üçün gülünc tarix – VİDEO

“AVRO-2016”-nın seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Publika.az xəbər verir ki, bu dəfə 8 görüş baş tutub.

D qrupunun lideri Polşa qonşumuz Gürcüstanın qonağı olub və 4:0 hesabı ilə qalib gəlib. Bundan əvvəlki 3 oyunda cəmi 4 xal toplayan Almaniya 3 matçda 17 qol buraxmış Cəbəllütariqi qəbul edib. Almanlar 4:0 hesablı qələbəyə sevinib. Qrupun digər oyununda isə Şotlandiya İrlandiyanı 1:0 hesabı ilə məğlub edib.

F qrupunda sensassiya baş verib. Belə ki, Farer adaları səfərdə “AVRO-2004”-ün qalibi Yunanıstanı məğlub edib (1:0). Lider Şimali İrlandiya ikinci pillədə qərarlaşan Rumıniyaya uduzub ( 0:2). Macarıstan isə Finlandiyaya 1:0 hesabı ilə qalib gəlib.

I qrupunda iki oyun baş tutub. Serbiya evdə Danimarkaya 1:3 hesabı ilə uduzub, Portuqaliya Ermənistanı məğlub edib (1:0).

Qeyd edək ki, milli komandamız noyabrın 16-da meydana çıxacaq və Norveçi qəbul edəcək.

D qrupu

Gürcüstan - Polşa 0:4

Almaniya - Cəbəllütariq 4:0

Şotlandiya - İrlandiya 1:0

F qrupu

Yunanıstan - Farer adaları 0:1

Macarıstan - Finlandiya 1:0

Rumıniya - Şimali İrlandiya 2:0

I qrupu

Serbiya - Danimarka 1:3

Portuqaliya - Ermənistan 1:0

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm