İdman
1 qızıl, 1 gümüş və 2 bürünc medal qazandıq -FOTO
Bakıda keçirilən qarışıq döyüş növləri üzrə (MMA) açıq Avropa çempionatı başa çatıb.
Publika.az-ın məlumatına görə, 20 ölkənin təmsilçilərinin iştirak etdikləri turnirdə Azərbaycan 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Taleh Nəcəfzadə (84 kq) finalda məğlub olaraq gümüş medala layiq görülüb. Zaur Hacıbabayev (+93 kq) isə bütün görüşlərini qələbə ilə başa vuraraq Avropa çempionu tituluna sahib olub. Z.Hacıbabayev bir neçə ay əvvəl MMA üzrə dünya çempionu olmuşdu.
Komanda hesabında Rusiya yığması birinci, Azərbaycan millisi ikinci, Ukrayna təmsilçiləri isə üçüncü yeri tutub.
Turnirin fəxri qonağı - MMA üzrə dəfələrlə dünya və Avropa çempionu olan Fyodr Yemelyanenko bağlanış mərasimində çıxış edərək təşkilatçılara təşəkkürünü bildirib: “MMA Azərbaycanda sevilir və inkişaf edir. Bu, bizi çox sevindirir. Avropa çempionatının təşkilatçılarına təşəkkür edirəm. Bu, MMA üzə Azərbaycanda ən böyük yarış oldu. Fikrimcə, gələcəkdə belə turnirlər Bakıda çox olacaq. Təşkilatçılara göstərdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə minnətdarlığımı bildirirəm”.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ