Bu oyunçu hər kəsi heyrətləndirdi – FOTOLAR
Bizi izləyin

İdman

Bu oyunçu hər kəsi heyrətləndirdi – FOTOLAR

ABŞ-ın NCAA liqasında çıxış edən “Florida Gators” klubu mövsümün ilk oyununda “Villiam”ı 69:45 məğlub edib.

Publika.az xəbər verir ki, ilk baxışdan bu qələbədə qeyri-adi nə isə yoxdur.

Amma oyunda bütün diqqətlər Zak Hodskinsə yönəlmişdi. Çünki həmin basketbolçunun sol qolu dirsəkdən yoxdur.

Anadangəlmə bir qolu qısa olan Hodsikins oyunda cəmi 2 dəqiqə meydançada olub. Karyerasının ilk xalını qazana bilməməsinə baxmayaraq, basketbolçu xəyallarının gerçəkləşdiyini qeyd edib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm