Oyunu satdıqları üçün həbs olundular
Bizi izləyin

İdman

Oyunu satdıqları üçün həbs olundular

Fransanın 2-ci liqasında ötən mövsüm keçirilən 3 oyunun nəticəsinin öncədən alındığı məlum olub.

Fransa polisi buna görə 9 nəfəri tutub.

Publika.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Məlumata görə, ötən mövsüm baş tutan "Dijon" - "Nim", "Anje" - "Nim" və "Kan" - "Nim" matçlarının nəticələri əvvəlcədən müəyyənləşdirilib.

Həbs olunanlar arasında "Kan"ın prezidenti Jan-Fransua Fortin, "Nimes"in prezidenti Jan-Mark Konrad və "Dijon"un baş məşqçisi Olivier Dall Oqlio da var.

İddialara görə, "CA Bastiya"nın prezidenti Antoine Emmanuelli, "Kreteyl-Lusitanos"un prezidenti Armand Lopes, "Reyms"in baş məşqçisi Jean-Luk Vasseur və "Kan"ın baş məşqçisi Patrik Qarande şahid kimi istintaqa cəkiliblər.

Oyun alqı-satqısı ilə bağlı məlumatı polis "Nim"in prezidenti Jan-Mark Konradla klubun səhmdarlarından Serj Kasparianın telefon danışığınını dinləyərkən əldə edib. Telefon danışığı zamanı Liqa 2-də qalmağa çalışan "Nim"in qarşılaşdığı klublara pul təklif etdiyi aydınlaşdırılıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm