Püşk atıldı – Rəqiblərimiz bəllidir
Bizi izləyin

İdman

Püşk atıldı – Rəqiblərimiz bəllidir

Final mərhələsi Slovakiyada təşkil olunacaq 19 yaşadək qadınlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Publika.az-ın məlumatına görə, UEFA-nın Nyondakı mənzil qərargahında təşkil olunan püşkatmada millimizin rəqiblərinin adları bəlli olub.

Püşkatma nəticəsində millimizin 3-cü qrupda mübarizə aparacağı komandalar müəyyənləşib. Yığmamız Belçika, Uels və Xorvatiya ilə mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı 2016-cı il iyul ayında Slovakiyada keçiriləcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm