“Real” ad dəyişikliyi edir
Bizi izləyin

İdman

“Real” ad dəyişikliyi edir

"Real"ın stadionunun adı dəyişdirilir.

Publika.az-ın məlumatına görə, bu barədə klubun prezidenti Florentino Peres açıqlama verib. O deyib ki, "Santyaqo Bernabeu" stadionunun adına sponsorlardan birinin adı əlavə olunacaq:

"Biz stadionu "IPIC Bernabeu" adlandıracağıq. Onların istədiyi kimi də ola bilər. Məsələn, "CEPSA Bernabeu".

Xatırladaq ki, Madrid klubu oktyabr ayının sonunda "International Petroleum Investment Company" (IPIC) şirkəti ilə sponsorluq anlaşması imzalayıb.

IPIC 2011-ci ildə ispan neft-kimya şirkətlərindən CEPSA-nı alıb. AS-ın xəbərinə görə, Peres "Santyaqo Bernabeu" stadionunun adının dəyişdirilməsi barədə artıq Madridin idman naziri Lüsi Fiqarla danışıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm