Qurumun prezidenti əsəbiləşdi – RƏSMİ
Bizi izləyin

İdman

Qurumun prezidenti əsəbiləşdi – RƏSMİ

Bu gün axşam saatlarında PFL-də hakimlərin fövqəladə iclası keçiriləcək.

Mətbuatda yazılan məlumata görə, iclası qurum prezidenti Ramin Musayev toplayır.

Məlumatı dəqiqləşdirmək üçün PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq.

Publika.az-a danışan qurumun rəsmisi iclasın olacağını təsdiqlədi:

“İclasın olacağı doğrudur. Toplantını məhz Ramin Musayev keçirəcək. Görüşün əsas məqsədi son turda hakim səhvlərinin çox olmasıdır”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm