Analıq məzuniyyətindən qayıtdı, Qran Prinin qalibi oldu- FOTO
Bizi izləyin

İdman

Analıq məzuniyyətindən qayıtdı, Qran Prinin qalibi oldu- FOTO

Analıq məzuniyyətindən qayıtdı, Qran Prinin qalibi oldu- FOTO

Fransanın paytaxtı Paris şəhərində güləş üzrə Qran Pri beynəlxalq turniri keçirilib. Publika.Az-ın Güləş federasiyasından aldığı məlumata görə, hər üç güləş növü üzrə keçirilən yarışda ölkəmizi qadın güləşi üzrə yığma komandamız təmsil edib.

Baş məşqçi Yaqub Məmmədov və böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında 3 güləşçimiz Paris Qran Prisində qüvvələrini sınayıb. Komandamızın üzvləri 2 qızıl və 1 bürünc medal qazanıb.

48 kq çəkidə mübarizə aparan Mariya Stadnik yenə öz liderliyini təsdiqləyib. Analıq məzuniyyətindən sonra ilk yarışına çıxan təmsilçimiz Paris Qran Prisinin qızıl medalını qazanıb. O, ardıcıl olaraq ABŞ, İsveç, Fransa və Kanada güləşçilərini məğlub edib.

58 kq-da mübarizə aparan Yuliya Ratkeviç də qızıl medala sahib olub. Qırğızıstan, İspaniya və ABŞ güləşçiləri üzərində üstünlük təmsilçimizi Paris Qran Prisinin qalibi edib.

Yığma komandanın digər üzvü Səbirə Əliyeva (75 kq) isə bürünc medal qazanıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcli hakim Hüseynağa Əhmədov təmsil edib.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm