İdman
AFFA millinin baş məşqçi postu üçün danışıqlara başladı: o, artıq Bakıdadır
Azərbaycan millisinin baş məşqçi vəzifəsinə namizədlərdən biri olan xorvatiyalı Robert Prosineçki Bakıya gəlib.
Publika.az xəbər verir ki, Prosineçki bu gün Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində “Dalğa Arena”da baş tutacaq “böyük-oyun”u – “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasını izləyəcək.
O, ölkəmizin futbol təsərrüfatı ilə tanış olduqdan sonra AFFA rəhbərliyi ilə danışıqların növbəti mərhələsinə başlayacaq.
Məlumat üçün bildirək ki, “böyük oyun” saat 17:00-da baş tutacaq.
Xatırladaq ki, AFFA-dan namizədlərlə bağlı sorğumuzun cavabında namizədlərin adlarının qaydalara əsasən gizli saxlanıldığı deyilmişdi. Postun sahibinin isə dekabrın sonuna kimi məlum olacağı bildirilirdi. (http://publika.az/site/p/52025 )
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu