Prosineçki bu dəfə “Qarabağ”a “kəşfiyyat”a çıxacaq
Bizi izləyin

İdman

Prosineçki bu dəfə “Qarabağ”a “kəşfiyyat”a çıxacaq

Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə əsas namizəd Robert Prosineçki daha bir klubumuzun oyununu izləyəcək. (http://publika.az/p/52951)

Publika.az-ın məlumatına görə, o, bu dəfə “Qarabağ”ın Avroliqadakı çıxışı izləyəcək. Belə ki, xorvatiyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin V turunda baş tutacaq "Sent-Etyen" - "Qarabağ" matçına stadiondan baxacaq.

Bu barədə xorvatiyalı mütəxəssisin özü mətbuata açıqlamasında deyib.

Qeyd edək ki, noyabrın 27-də keçiriləcək "Sent-Etyen" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:05-də keçiriləcək.

Xatırladaq ki, Prosineçki bir neçə gün infrastrukturla tanış olduqdan sonra öz qərarını açıqlayacaq. Əgər Prosineçki müsbət cavab verərsə, onun namizədliyi AFFA icraiyyə komitəsinə təqdim ediləcək. İcraiyyə Komitəsi təsdiqləyərsə, o, millinin baş məşqçisi olacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm