İdman
Parisdə “Bakı 2015” Birinci Avropa Oyunlarının təqdimatı keçiriləcək
Noyabrın 26-da Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə “Bakı 2015” Birinci Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək.
Bu barədə Trend-ə Heydər Əliyev Fondundan məlumat verilib.
Tədbir çərçivəsində qonaqlar “Baku 2015”ə həsr olunmuş bürünc
heykəllərdən ibarət sərgi ilə tanış olacaqlar.
“Biz birlikdə” adlanan bu sərgidə Azərbaycan heykəltəraşlarının
20-dən çox əsəri nümayiş etdiriləcək. Daha sonra tədbir
iştirakçılarına ilk Avropa Oyunlarına həsr edilən film təqdim
olunacaq. Filmdə bu mötəbər idman yarışına Bakıda aparılan hazırlıq
işləri, yaradılan idman infrastrukturu və həyata keçirilən digər
tədbirlər əksini tapıb.
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin skripkaçı
xanımları ifaları ilə tədbirə özünəməxsus rəng qatacaq.
Mərasimin sonunda qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan
haqqında müxtəlif nəşrləri təqdim ediləcək.
Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu vaxtadək
Kann, Afina, Berlin və İstanbul şəhərlərində “Bakı 2015” Birinci
Avropa Oyunlarının təqdimatı keçirilib. Bu tədbirlərin hər biri
Azərbaycanın tarixi və mədəniyyətinə dair müxtəlif təqdimatlarla
yadda qalıb. Qeyd olunan tədbirlərin məqsədi ilk dəfə olaraq
keçiriləcək Avropa Oyunları, eləcə də ölkəmizin bu yarışlara
hazırlığı barədə digər ölkələrin izləyicilərinə məlumat vermək,
Azərbaycanın mədəniyyət və incəsənətinin, adət-ənənəsinin
təbliğidir.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ