“Qalatasaray” Mourinyonu belə ələ saldı - FOTO
Bizi izləyin

İdman

“Qalatasaray” Mourinyonu belə ələ saldı - FOTO

Futbol üzrə Türkiyə çempionatının 6-cı turunun mərkəzi oyununda “Fənərbağça” üzərində qələbədən (3:1) sonra “Qalatasaray” sosial şəbəkədə Joze Mourinyonu ələ salıb.

Publika.az xəbər verir ki, “Qalatasaray” “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonun təsviri olan “Ağlayan” kitabının üz qabığını paylaşıb.

Kitabın üz qabığında yazılıb: “Kitabı oxuduqca, oyun üçün nəzərdə tutulan ağıl oyunlarına heyran qalacaqsınız. O, ağlamaqda ustadır. Müəllifin kartlar vasitəsilə yaşadığı psixozlar sizi güldürür və düşündürür. Müəllif ona verilən imtiyazları bədii aləmdə məharətlə əks etdirir. O, reallıq haqqında fikirləri ilə uğurla fantaziya dünyası yaradır”.

Yazının müəllifləri Mourinyonun oyunlar zamanı davranışına işarə edir və onun “The Special One” ləqəbini ələ salırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm