Hakimi söyən Bellingem cəzalandırılmayacaq?
Bizi izləyin

İdman

Hakimi söyən Bellingem cəzalandırılmayacaq?

"Real"ın yarımmüdafiəçisi Cud Bellingem La Liqanın 6-cı turunun "Espanyol"la oyunda (4:1) söyüş söydüyü üçün cəzalandırılmayacaq.

Publika.az xəbər verir ki, matçın sonunda baş hakim Xose Munuera Montero ingilis futbolçuya Xose Qraquera ilə mübarizədən sonra sarı vərəqə göstərib. "Los Blankos"un yarımmüdafiəçisi kart göstərilməsindən narazı qalıb. Bundan sonra Bellingemin referiyə ingilis dilində "sən bir pisliksən" deyib.

“Marca”nın məlumatına görə, İspaniyanın Hakimlərin Texniki Komitəsi (CTA) ədalət təmsilçisinin Cudun sözlərini eşitmədiyi üçün şikayət verməyəcəyini bildirib. Komitə hesab edir ki, "Real"ın yarımmüdafiəçisinin sözləri ictimaiyyətə açıqlanmadığı üçün epizodla bağlı apellyasiya şikayətinə ehtiyac yoxdur.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm