"Əbədi derbi" öncəsi təxribat: Stadiona od vurdular - VİDEO
Bizi izləyin

İdman

"Əbədi derbi" öncəsi təxribat: Stadiona od vurdular - VİDEO

Serbiya çempionatının 9-cu turunun “Srvena Zvezda” ilə oyunu öncəsi bir qrup naməlum şəxs “Partizan”a məxsus stadionun əsas meydançasını yandırıb.

Publika.az xəbər verir ki, hadisə sentyabrın 22-nə keçən gecə baş verib. Bir qrup naməlum şəxs stadiona daxil olub. Onlar meydanı yandırmaq üçün tezalışan mayedən istifadə ediblər. Bundan sonra şüşə qırıqlarını sahəyə səpələyiblər.

“Vreme”nin məlumatına görə, klub bütün lazımi məlumatları hüquq-mühafizə orqanlarına təhvil verib. "Partirzan" əməkdaşları meydançanı bərpa etmək üçün çalışırlar.

“Əbədi derbi”nin sentyabrın 23-də, Bakı vaxtı ilə saat 21:00-da baş tutması planlaşdırılır. Ancaq meydançanın vəziyyəti düzəlməyəcəyi halda görüşün təxirə salınma ehtimalı da var.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm