Premyer Liqa tarixində görünməmiş anti-rekord
Bizi izləyin

İdman

Premyer Liqa tarixində görünməmiş anti-rekord

İngiltərə Premyer Liqasının 5-ci turunun mərkəzi oyununda "Mançester Siti" "Arsenal"ı qəbul edib və görüş 2:2 hesabı ilə başa çatıb.

Publika.az xəbər verir ki, oyunda Premyer Liqa tarixinə düşən antirekord qeydə alınıb. Bu barədə "Opta" məlumat yayıb.

"Topçular"ın müdafiəçisi Yurryen Timber və komandanın hücumçusu Kay Haverts bütün matç ərzində bir dəfə də olsun dəqiq ötürmə etməyiblər. Şirkət bu cür statistikaları hesablamağa başladıqdan bəri 90 dəqiqə oynamış oyunçular üçün Premyer Liqada ilk belə hal qeydə alınıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm