Derbidə məğlub olan komandanın baş məşqçisinə hücum etdilər - FOTOLAR
Bizi izləyin

İdman

Derbidə məğlub olan komandanın baş məşqçisinə hücum etdilər - FOTOLAR

"Partizan"ın baş məşqçisi Aleksandar Stanojeviç azarkeşlərin paltardəyişmə otağına hücumu nəticəsində xəsarət alıb.

Publika.az xəbər verir ki, bu, Serbiya çempionatının 9-cu turunda "Srvena Zvezda"ya evdə məğlubiyyətdən (0:4) sonra baş verib.

“Əbədi derbi”dən sonra ağ-qaraların qəzəbli azarkeşləri komandanın soyunub-geyinmə otağına müxtəlif əşyalar atıb, şüşələri sındırıb, onun qəlpələri baş məşqçini yaralayıb. Stanoyeviç oyunsonrası mətbuat konfransında alnı və burnunda sarğı ilə çıxıb.

“Narazı azarkeşlər şüşəni sındırdılar, bu da bizə dəydi. Fiziki qarşıdurma yox idi. Şüşə sındı və qan var idi”, - deyə Stanoeviç bildirib.

Qeyd edək ki, matçdan bir neçə gün əvvəl bir qrup naməlum şəxs “Partizan” stadionuna daxil olaraq futbol meydançasını yandırıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm