"Vinisius əla oyunçu ola bilər, amma bir insan olaraq əclafdır"
Bizi izləyin

İdman

"Vinisius əla oyunçu ola bilər, amma bir insan olaraq əclafdır"

"Valensiya"nın keçmiş prezidenti Pako Roiq maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, ispaniyalı funksioner 2023-cü ildə "Mestalya"da baş vermiş irqçilik qalmalını xatırlayaraq "Real"ın vingeri Vinisius Juniorun davranışını tənqid edib:

"O, "Mestalya"dakı hasarın üstündən keçdi və azarkeşə dedi: "Sən mənim anamı təhqir etdin". Həmin gün mən nəvəm və oğlumla "Mestalya"da idim. Nəvəmdən soruşdum: "Alfonsito, nə qışqırırlar?" Cavab verdi: “Onun axmaq olduğunu qışqırırlar”. Düşündüm ki, ona meymun deyirlər. Amma yox. 40 yaşlı oğlum Alfonsodan soruşdum: "Nə qışqırırlar?" Və eyni cavab gəldi.

O hakimə jest edib dedi ki, “sən ikinci diviziona düşəcəksən”. Və onun qırmızı vərəqəsi ləğv olundu. Bu nədir? Bizim iki-üç tribunamız bağlandı, azarkeşləri iki-üç oyuna buraxmadılar.

O, əla oyunçu ola bilər, amma bir insan olaraq əclafdır. Həmişə hakimə şikayət edir. Cənubi Amerikada 20 və ya 30 dəfə olmuşam. Mənə heç nə olmayıb. Cənubi Amerikaya təvazökarlıqla gedirəm və yerlilərlə sevgi ilə ünsiyyət qururam".

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm