Dopinq testinə görə rüşvət verən idmançıya belə CƏZA KƏSİLDİ
Bizi izləyin

İdman

Dopinq testinə görə rüşvət verən idmançıya belə CƏZA KƏSİLDİ

Ağır atletika üzrə dünya çempionatının ikiqat mükafatçısı Dmitri Çumak antidopinq qaydalarını pozduğuna görə 6 il müddətinə diskvalifikasiya edilib.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Testi Agentliyi (ITA ) məlumat yayıb.

2021-ci ilin may ayında Çumak dopinq testindən keçməkdən imtina edib, sonra isə dopinq zabitinə rüşvət verməyə cəhd edib. Eyni zamanda, idmançının məşqçisi Mixail Matsexa cinayətin törədilməsində iştirak edib. Çumakla bağlı cəza 4 iyun 2021-ci il tarixindən qüvvəyə minib.

Dünya çempionatlarında qazanılan iki mükafatdan əlavə (Hyuston 2015, 94 kq-a qədər bürünc; Aşqabad, 102 kq-a qədər gümüş) Çumak üçqat Avropa çempionudur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm