"Qarabağ" Londonda problemlə üzləşdi - Matçın vaxtı dəyişə bilər
Bizi izləyin

İdman

"Qarabağ" Londonda problemlə üzləşdi - Matçın vaxtı dəyişə bilər

Hazırda Londonda yollarda yaranan avtomobil sıxlığına görə "Qarabağ" futbolçularını daşıyan avtobus tıxaca düşüb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə CBC Sport-un məlumatında deyilib.

Bildirilib ki, bu səbəbdən "Tottenhem" - "Qarabağ" matçının gec başlayacağı ehtimal olunur.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin I turu çərçivəsində "Tottenhem" (İngiltərə) - "Qarabağ"la qarşılaşacaq. Oyun "Tottenhem Hotspur" stadionunda keçiriləcək.

Əlavə edək ki, daha əvvəl matçın Bakı vaxtı ilə saat 23:00-da başlayacağı bildirilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm