Qurban Qurbanov: "0:3 hesabı ilə uduzmağa layiq deyildik"
Bizi izləyin

İdman

Qurban Qurbanov: "0:3 hesabı ilə uduzmağa layiq deyildik"

Bu gün 0:3 hesabı ilə uduzmağa layiq deyildik.

Publika.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçisi "Tottenhem"ə qarşı UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis 0:3 hesablı məğlubiyyəti şərh edib:

“Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Xeyli sayda qol vurmaq imkanlarımız oldu. Futbolçularıma çox iradım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər".

Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda oktyabrın 3-də İsveç təmsilçisi “Malmö” ilə qarşılaşacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm