"Tülkülər" əfsanə ilə bağlı qərar verdilər
Bizi izləyin

İdman

"Tülkülər" əfsanə ilə bağlı qərar verdilər

"Lester"in hücumçusu Ceymi Vardi İngiltərə komandası ilə müqaviləsini uzada bilər.

Publika.az xəbər verir ki, "tülkülər"in rəhbərliyi Vardi ilə 2026-cı ilə qədər yeni sözləşmə imzalamaq niyyətindədir. Futbolçunun özü də müqavilənin uzadılmasında maraqlıdır.

Xatırladaq ki, 37 yaşlı Ceymi Vardi 2012-ci ildən "Lester"də çıxış edir. Futbolçunun "tülkülər"lə müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir. Hücumçu 2016-cı ildə komanda ilə birlikdə İngiltərə çempionu olub. Həmçinin 2021-ci ildə Vardi klubla İngiltərə Kubokunu və Super Kubokunu qazanıb. O, İngiltərə Premyer Liqasında ardıcıl ən çox qol vurmağı bacardığı matçlara görə rekorda sahibdir - 11.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm