Onların münasibətləri niyə pozulub? - Səbəb məlum oldu
Bizi izləyin

İdman

Onların münasibətləri niyə pozulub? - Səbəb məlum oldu

"Barselona"nın sabiq baş məşqçisi Xavinin postunu tərk etməmişdən öncə hücumçu Robert Levandovski ilə münasibətinin pozulma səbəbi məlum olub.

Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssis ilə polşalı futbolçunun arası 2023-cü ilin yayında dəyib. Məsələ burasındadı ki, ispaniyalı mütəxəssis yay transfer pəncərəsində forvardı satmaq istəyib. Leva isə onun planını bəyənməyib. Bu barədə AS məlumat yayıb.

Xavi ötən mövsümün sonlarına doğru istefaya göndərilib. Mario isə komandada qalıb.

Qeyd edək ki, bu mövsüm 36 yaşlı hücumçu bütün yarışlarda 8 matçda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm