APL-də 8-ci tur başlayır
Bizi izləyin

İdman

APL-də 8-ci tur başlayır

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura start veriləcək.

Publika.az xəbər verir ki, ilk gündə bir oyun baş tutacaq.

“Araz-Naxçıvan” “Səbail”lə üz-üzə gələcək. Məlum səbəblərdən bu qarşılaşma Sumqayıtda keçiriləcək. Naxçıvan təmsilçisi qalib gəlməklə liderlər qrupundakı mövqeyini yaxşılaşdırmağa, qonaqlar isə uğursuz gedişata son qoymağa çalışacaqlar.

Bu turun “Zirə” – “Kəpəz” və “Neftçi” – “Sumqayıt” oyunları sabah, “Şamaxı” – “Turan Tovuz” və “Qarabağ” – “Sabah” görüşləri isə sentyabrın 29-da baş tutacaq.

Azərbaycan Premyer Liqası: 8-ci tur

27 sentyabr (cümə)
19:00 “Araz-Naxçıvan” – “Səbail”
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Teymur Teymurov, Fərid Hacıyev
“Kapital Bank Arena”.

28 sentyabr (şənbə)
17:00 “Zirə” – “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu.

19:30 “Neftçi” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə
“Neftçi Arena”, 19:30

29 sentyabr (bazar)
16:00 “Şamaxı” – “Turan Tovuz”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Elvin Bayramov
Şamaxı şəhər stadionu.

19:00 “Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
“Azersun Arena”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm