Məşhur italyan insayder Qurban Qurbanovun iradına biganə qalmadı
Bizi izləyin

İdman

Məşhur italyan insayder Qurban Qurbanovun iradına biganə qalmadı

Tanınmış insayder Fabritsio Romano Avropa Liqasının əsas mərhələsinin ilk turu çərçivəsində keçirilən "Tottenhem" - "Qarabağ" matçından öncə (3:0) yaşanan tıxac qalmalına biganə qalmayıb.

Publika.az xəbər verir ki, italyan jurnalist hadisə ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. O, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun fikirlərini "Qurbanov “Tottenhem”lə oyunqabağı tıxaca görə əsəbiləşib!” başlığı ilə təqdim edib.

“Təsəvvür edin ki, iki saat yarımdan çox tıxacda qalmısınız. Mən buna bəhanə gətirə bilmərəm, ancaq belə olmamalı idi və bizi müşayiət edən polis yox idi. Bu, oyunçularımıza böyük təsir göstərdi. Rəqibimiz yaxşı komandadır. Gələn kimi bizə dedilər ki, 40 dəqiqədən sonra oyuna başlayaq və biz lazım olan qədər hazır deyildik. Bunlar baş verməməlidir”.

Qeyd edək ki, "Qarabağ" Londonda tıxaca düşüb stadiona gecikdiyinə görə matç əvvəldən planlaşdırıdığı kimi saat 23:00-da deyil, 35 dəqiqə gec başlayıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm