"Qarabağ" uduzdu, Azərbaycan reytinqdə gerilədi
Bizi izləyin

İdman

"Qarabağ" uduzdu, Azərbaycan reytinqdə gerilədi

Avropa Liqasında Liqa mərhələsinin ilk tur oyunlarından sonra UEFA reytinqi yenilənib.

Publika.az xəbər verir ki, baş tutan matçlar bəzi yerdəyişmələrə yol açıb.

Azərbaycan 1 pillə geriləyib. Buna “Qarabağ”ın Londonda “Tottenhem”ə 0:3 hesablı məğlubiyyəti səbəb olub. Nəticədə 19.125 əmsalda qalan ölkəmiz Rumıniyanı özündən irəli buraxıb və 27-ci yerə düşüb. Rumınlar Azərbaycan və Bolqarıstanı qabaqlamağa müvəffəq olublar.

Qeyd edək ki, UEFA reytinqinə 90.589 əmsalla İngiltərə başçılıq edir.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm