"Səudiyyə Ərəbistanı çempionatı tezliklə "ilk 5"liyə girəcək"
Bizi izləyin

İdman

"Səudiyyə Ərəbistanı çempionatı tezliklə "ilk 5"liyə girəcək"

“Əl-Hilal”ın baş məşqçisi Xorxe Jesus maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, o, "A Bola"ya müsahibəsində Səudiyyə Ərəbistanı Pro Liqasını ölkəsinin - Portuqaliyanın çempionatı ilə müqayisə edib:

“Bu liqanı Portuqaliya ilə müqayisə etmək olmaz. O, sadəcə olaraq fərqli səviyyədədir. Buranın hər komandasında on əcnəbi var, demək olar ki, hamısı milli komandanın oyunçularıdır. Portuqaliya ilə müqayisə etmək sadəcə mümkün deyil.

Biz Markos Leonardonu "Benfika"dan 40 milyon avroya almışıq və onun cəmi 22 yaşı var. Bu onu göstərir ki, gənc istedadlar bura pul üçün gəlmirlər.

2034-cü il dünya çempionatına qədər bu liqa dünyanın "ilk 5"liyi arasında olacaq. Buna heç bir şübhəm yoxdur”.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm