Ronaldo bu paylaşımla işarə etdi ki...
Bizi izləyin

İdman

Ronaldo bu paylaşımla işarə etdi ki...

“Əl-Nəsr”ın hücumçusu Kriştiano Ronaldo sosial şəbəkələrdə komanda ilə məşqdən fotolar yayımlayıb.

Publika.az xəbər verir ki, bununla 39 yaşlı ulduz tezliklə meydana qayıdacağına işarə edib. "Çox çalışmaq", - deyə portuqaliyalı forvard paylşıma rəy bildirib.

Ronaldo bundan əvvəl Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/16 final mərhələsinin “Əl-Həza” ilə görüşünü (2:1) buraxmışdı. Komandanın baş məşqçisi Stefano Pioli virus infeksiyası diaqnozu qoyulmuş hücumçuya istirahət vermək qərarına gəldiyini açıqlamışdı.

Qeyd edək ki, bu mövsüm Kriş "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 6 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.

Heybət

View this post on Instagram

Oxumağa davam et
Reklam
Reklam

Gündəm