"Fənərbağça"nın futbolçusu 5 illik seriyaya son qoydu
Bizi izləyin

İdman

"Fənərbağça"nın futbolçusu 5 illik seriyaya son qoydu

"Fənərbağça"nın qapıçısı Dominik Livakoviç UEFA Avropa Liqasının 1-i turunun "Union"la (Belçika) oyununda ilkə imza atıb.

Publika.az xəbər verir ki, xorvatiyalı qolkiper matçın 90+2-ci dəqiqəsində rəqib futbolçu Franko İvanoviçin vurduğu penalti zərbəsini dəf etməyi bacarıb. Bununla da o, 2019-cu ildə Harun Tekindən sonra İstanbul klubunun forması ilə avrokubok matçında bunu bacaran ilk qapıçı olub. Bu barədə "Opta" məlumat yayıb.

Qeyd edək ki, oyun "Fənərbaxça"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm