"Liverpul"a şad xəbər: Sıraya döndü
Bizi izləyin

İdman

"Liverpul"a şad xəbər: Sıraya döndü

"Liverpul"un qapıçısı Alisson Bekker zədəsini sağaldıb.

Publika.az xəbər verir ki, bu barədə "qırmızılar"ın baş məşqçisi Arne Slot məlumat verib. O, Alissonun məşqləri bərpa etdiyini bildirib:

“Düşünürəm ki, o, qayıtmağa hazırdır. Alisson dünən ümumi qrupla qismən məşq edib və bu gün tam məşq etməlidir. Buna görə də oynayacağını düşünürük".

31 yaşlı braziliyalı zədə səbəbindən "Bornmut" (3:0) və "Vest Hem" (5:1) ilə matçları buraxıb "Liverpul" Premyer Liqanın növbəti turunda "Vulverhempton"un qonağı olacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm