Məşhur müğənninin konserti fanatı olduğu kluba görə ləğv edildi
Bizi izləyin

İdman

Məşhur müğənninin konserti fanatı olduğu kluba görə ləğv edildi

İspaniyanın “Atletiko Madrid” komandası La Liqada “Real Madrid” ilə keçiriləcək derbi oyununun fasiləsində meksikalı müğənni Danna Paolanın çıxışını ləğv etmək qərarına gəlib.

Publika.az xəbər verir ki, buna sənətçinin “kral klubu”na azarkeşlik etməsi səbəb olub.

Belə ki, matçın ilk yarısından sonra Abraham Mateo ilə "El dubl" mahnısını ifa etməli olan müğənni müsahibəsində “Real Madrid” azarkeşi olduğunu bildirib. İki klub arasında olan əzəli rəqabətə görə “Atletiko” Cənubi amerikalı sənətçinin çıxışına icazə verməyib.

Qeyd edək ki, komandalar arasında görüş sentyabrın 29-da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm