“Qarabağ” “Sabah”a, “Şamaxı” “Turan Tovuz”a qarşı
Bizi izləyin

İdman

“Qarabağ” “Sabah”a, “Şamaxı” “Turan Tovuz”a qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunun növbəti oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, bu turda “Qarabağ” “Sabah”la üz-üzə gələcək.

“Azersun Arena”dakı qarşılaşma saat 19:00-da start götürəcək.

Günün ilk görüşündə “Turan Tovuz” “Şamaxı”nın qonağı olacaq. Bu qarşılaşma saat 16:00-da başlayacaq. Tovuz təmsilçisi 14 xalla beşinci, bir oyun az keçirən meydan sahibləri 11 xalla altıncıdır.

Azərbaycan Premyer Liqası

VIII tur

29 sentyabr (bazar)

16:00. “Şamaxı” – “Turan Tovuz”

Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Elvin Bayramov

19:00. “Qarabağ” – “Sabah”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov

Qeyd edək ki, turun əvvəl oyunlarında “Araz-Naxçıvan” “Səbail”i 3:2, “Zirə” “Kəpəz”i 3:0 hesabı ilə üstələyib. “Neftçi” – “Sumqayıt” matçında qalib müəyyənləşməyib - 1:1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm