Azərbaycanlı futbolçular Türkiyədə üz-üzə gəldilər
Bizi izləyin

İdman

Azərbaycanlı futbolçular Türkiyədə üz-üzə gəldilər

Türkiyənin 1-ci liqasında 7-ci turun oyunları keçirilir.

Publika.az xəbər verir ki, bu tur Azərbaycan millusinin yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” yığmanın hücumçusu Renat Dadaşovun komandası “Ankaragücü”nü qəbul edib.

Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydana start “11-lik”də çıxan Coşqun 83-cü dəqiqədə əvəzlənib. O, 76-cı dəqiqədə sarı vərəqə də alıb. Dadaşov isə matçın 59-cu dəqiqəsində meydana buraxılıb.

Hazırda 11 xalı olan “Bandırmaspor” turnir cədvəlinin 5-ci, 9 xala malik “Ankaragücü” isə 13-cü pilləsində mövqe tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm