“Real” Mbappeyə bunu qadağan etdi
Bizi izləyin

İdman

“Real” Mbappeyə bunu qadağan etdi

“Real Madrid” zədəli hücumçusu Kilian Mbappeyə “Atletiko Madrid”lə derbi zamanı “Civitas Metropolitano”da tribunada olmağı qadağan edib.

Publika.az xəbər verir ki, bu barədə Fransanın “L’Equipe” nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, fransalı futbolçu derbi zamanı klubuna dəstək olmaq üçün stadionda olmaq istəyib. Lakin qeyd olunur ki, rəhbərlik tribunada baş verə biləcək hər hansı insidentdən qaçmaq istədiyi üçün bunu ona qadağan edib.

Mbappe La Liqanın 7-ci turunda “Alaves”lə (3:2) oyunda zədələnib.

Xatırladaq ki, “Atletiko” – “Real” görüşü sentyabrın 29-u keçiriləcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm