İdman
"Barselona" El-Klasikoda bu formalarla oynayacaq - FOTOLAR
"Barselona" klubu "Real"la oyunda "Coldplay" musiqi qrupunun loqosu olan forma geyinəcək.
Publika.az xəbər verir ki, klub "Spotify" platforması ilə əməkdaşlıq çərçivəsində layihəni icra edəcək.
Kataloniya klubunun əsas mövsüm formasında dəyişiklik edilməyəcək. Yalnız əsas sponsorun yerində Britaniya rok qrupunun loqosu yerləşdiriləcək. Bir oyun üçün keçiriləcək layihə qadın komandasına da şamil olunacaq.
Kataloniya təmsilçisi oyun forması ilə yanaşı, pərəstişkarlarına eksklüziv tərəfdaşlığa həsr olunmuş gündəlik geyimlər də təqdim edəcək. Yaxın vaxtlarda klub bütün məhsulları rəsmi mağazada satışa çıxaracaq. Əldə olunacaq gəlir xeyriyyə işlərinə yönəldiləcək.
Qeyd edək ki, "Barselona" 9 turdan sonra La Liqa turnir cədvəlinə başçılıq edir - 24 xal. "Real" liderdən 3 xal geri qalır.
Mövsümün ilk El-Klasikosu oktyabrın 26-da "Santiaqo Bernabeu" stadionunda keçiriləcək.
Heybət
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi